İmişlidə 16 yaşlı nişanlı qız intihar edib



İmişlidə intihar hadisəsi baş verib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib. 

İntihar edən qızın nişanlı olduğu bildirilir. 

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Facebook-da paylaş