6 yaşlı qız dəm qazından öldü, anası xəstəxanalıq oldu - Bərdədə faciə



Bərdə rayonunun Təbriz küçəsində bədbəxt hadisə baş verib.

"Qafqazinfo"nun məlumatına görə, rayon sakini, 2013-cu il təvəllüdlü Hüseynli Ayşə Etibar qızı hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Hadisə zamanı azyaşlı qızın anası Aynur Məmmədova zəhərlənərək rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.



Facebook-da paylaş