Dalbadal düşən ildırımlar iki sürü qoyunu tələf etdi




Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən bildirir ki, Türkiyədəki Madra dağı ətəklərindəki Korucaoluq yaylağında otlayan iki qoyun sürüsünə 20 dəqiqə fasiləylə ildırım düşüb.

Əvvəlcə Özcan Mədətə məxsus sürünü ildırım vurması nəticəsində 33 qoyun tələf olub. 20 dəqiqədən sonra isə, həmin yaylaqda Galib Gültaşa məxsus 40  baş qoyunu ildırım vuraraq öldürüb. 

Hadisə baş verdikdən sonra Qida Sənayesi və Heyvandarlıq İlçə Müdirliyi əməkdaşları yaylağa çıxaraq, araşdırma aparıblar. 

AzFakt.info





Facebook-da paylaş