Qarabağda erməni hərbçi intihar etdi



Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçisi intihar edib.

Erməni KİV-i xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Erik Arutyunyan ölümünün təfərrüatları məlum deyil. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırmaq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır.



Facebook-da paylaş