Xəzərə düşən “Miq-29” tapıldı: Sabah quruya çıxarılacaq



Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.

AzFakt.info xəbər verir ki, bunu “Qafqazinfo”ya politoloq Qabil Hüseynli bildirib.

Qabil Hüseynlinin sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: “Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.



Facebook-da paylaş