Masazırda 18 yaşlı qız itkin düşdü



Abşeron rayonunda 18 yaşlı qız itkin düşüb.

“Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları qızın çalışdığı "Neptun" marketlə əlaqə saxlasalar da, onu görən olmayıb.



Evdən çıxarkən əynində cins şalvar, yaşıl rəngdə köynək, qara idman ayaqqabısı və kürəyə salan qara çantası olub.

Onu görən şəxslərdən Abşeron Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur. Əlaqə nömrəsi: (012) 342-02-02



Facebook-da paylaş