Köpək balıqları 31 miqrantı parçaladı



Aralıq dənizində Avropaya üzən iki miqrant qayığına köpək balıqları hücum edib.

"The Sun" yazır ki, bu barədə Liviyanın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 31 nəfər ölüb, 40 nəfər itkin düşüb. Faciə Şimali Afrika sahillərindən təqribən 65 km aralıda baş verib.
Xilasedicilərin sözlərinə görə, ölənlərin aşkar olunmuş meyitlərində köpək balıqlarının dişlək izlərinin yeri görünür. Qeyd olunur ki, bəzi miqrantlar yırtıcılardan xilas olmaq üçün çevrilmiş qayıqlara çıxmaq istəyən zaman ölüblər.

"Ətrafda çoxsaylı cəsəd var idi və biz burada onların arası ilə üzən 4-5 köpək balığı gördük. Böyük mavi köpək balıqları, çox aqressiv növdür", — deyə dənizçilərdən biri bildirib.

Faciə yerində digər qaçqınlarla dolu qayıqlar da olub.




Facebook-da paylaş