Siyəzəndə cinayətin üstü isti-isti açıldı



Siyəzən rayonunda oğurluq hadisəsi baş verib.


AzFakt.info
xəbər verir ki, Balaca Həmyə kənd sakini Famil Ağayev evindən oğurluq edilməsi ilə bağlı Siyəzən rayon polis şöbəsinə müraciət edib. Bildirib ki, evindən 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl nişan üzüyü və 55 manat pul oğurlanıb.
Aparılan əməliyyat-axtarış tədbirləri zamanı oğurluğun həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Qəribağa Zeynalov tərəfindən törədildiyi üzə çıxıb. O, həbs edilib.


Facebook-da paylaş