Bakının mərkəzində “Gelandewagen” binaya çırpıldı





Bakının mərkəzində "Gelandewagen” qəza törədib.

Baku.ws-in verdiyi məlumata görə, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb.

İlkin məlumata görə, qəzaya səbəb yola çıxan piyada olub. Sürətlə hərəkət edən "Gelandewagen” piyadanı vurmamaq üçün avtomobili yoldan kənara çıxarıb. Nəticədə "Gelandewagen” yolun kənarındakı binanın divarına çırpılıb.
Qəza nəticəsində ölən və yaralanın olmadığı bildirilir.


Facebook-da paylaş