Antarktida parçalandı: trilyon tonluq buz dağı qopdu


 


Uelsin Syonsi Universitetinin alimləri Qərbi Antarktikada Londondan dörd dəfə böyük buz dağının qopduğunu bildiriblər.


Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Syonsi Universitetinin elmi araşdırma qrupu uzun zamandır müşahidə etdiyi “Larsen C” buzluğundan 5800 kvadrat kilometrlik buz dağının qopmasını NASA-ya məxsus Aqua peyki tərəfindən görüntüyə alndığını qeyd edib.
Trilyon tonluq buz dağının qopmasıyla “Larsen C” buzluğunun həcmi 12 faiz azalıb.

Universitetin professoru Adrian Lukmanın sözlərinə görə, bu, Antrakitidan indiyə qədər qopmuş ən böyük buz dağıdır.



Facebook-da paylaş