Sabirabadda at arabası yol qəzasına səbəb olub, 1 nəfər yaralanıb


Jiquli arabanı vurmamaq üçün yolunu dəyişib və Qazellə toqquşub

Sabirabadın Kürkəndi kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Balakənd kənd sakini, 20 yaşlı Atlıxan Namiq oğlu Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən qarşısına at arabası çıxıb.
At arabasında qadın-uşaq olduğunu görən sürücü onları vurmamaq üçün yolunu dəyişmək istəyən zaman qarşıdan gələn “Qazel” markalı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2107”nin sürücüsü Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş