Mingəçevir Su anbarında çimərkən batan şəxs xilas edilib


Hadisə axşam saatlarında baş verib

Axşam saatlarında Mingəçevir Su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Facebook-da paylaş