İsmayıllıya dolu yağdı: Lahıc yolu bağlandı - FOTO






Bu gün axşam saatlarında İsmayıllı rayon ərazisinə yağmaya başlayan yağış sonradan qar və dolu ilə müşahidə olunub.

AzFakt.info xəbər verir ki, dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bir sıra kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Dağlardan axan qaya parçaları və torpaq qatı İsmayıllıdan Lahıca gedən yolu bağlayıb.

Hazırda rayonun kəndlərində yağmurlu hava şəraiti davam edir. Yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilərək Muğanlı-İsmayıllı-Qəbələ yolunda hərəkətin bərpası üçün tədbirlər görür.


Facebook-da paylaş