“Qarabağda hərbi-sənaye müəssisələrinin yaradılması arzuediləndir”

Vahid Əhmədov: “Əvvəllər belə müəssisələr olub, amma sonra...”



 
“İşğaldan azad edilən torpaqlarımızda digər müəssisələr kimi, hərbi-sənaye müəssisələrinin da yaradılması arzuedilən olardı”.
 
Bunu Moderator.az-a açıqlamasına millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili əvvəllər bu qəbildən olan bəzi müəssisələrin fəaliyyət göstərdiyi bildirib:
 
“Əvvəllər belə müəsüsisələr olub. Hansı ki, bu müəssisələrdə  ordumuzun ehtiyacı üçün bəzi sursatlar istehsal edilib. Məsələn, Ağdamda belə bir müəssisə olub. Bundan başqa, bəzi rayonlarımızda kiçik sexlər fəaliyyət göstərib. Amma sonra məlum səbəblərdən bu müəssisələri də itirmişik.
 
Bu gün dövlətimizin gücü və imkanları işğaldan azad edilən torpaqlarımızda daha böyük, daha müasir hərbi-sənaye müsəssiələri qurmağa imkan verir. Hesab edirəm ki, bu torpaqlarda məlum müəssisələrin yaradılması həm hərbi-sənaye istehsalı müəssisələrinin genişlənməsi, həm məşğulluq probleminin həlli, həm də psixoloji aspektlərdən olduqca faydalı olar”.


Facebook-da paylaş