Xalq artisti şəhid Xudayar Yusifzadəni “Vətən yaxşıdır” mahnısıyla andı... - VİDEO



Xalq artisti Eyyub Yaqubov İkinci Qarabağ Savaşında qəhrəmanxasına şəhid olan və “Vətən yaxşıdır” mahnısıyla dillərə düşən Xudayar Yusifzadəni anıb. 

Bu haqda Moderator.az-a E.Yaqubovun prodüsseri Həsən bəy məlumat verib. O, açıqlamasında bildirib ki, E.Yaqubovun illər öncə ifa etdiyi “Vətən yaxşıdır” mahnısını yenidən ifa edərək şəhid Xudayar Yusifzadənin ifasında bütün şəhidlərimizə ithaf edib:

“Bildiyiniz kimi “Vətən yaxşıdır” mahnısının musiqisi Xalq artisti Əlibaba Məmmədova və sözləri isə qəzəlxan Əliağa Vahidə aiddir. Mahnını illər öncə Eyyub müəllim ifa etmişdi. Bu dəfə şəhidimiz Xudayar Yusifzadənin ruhuna hörmət əlaməti olaraq biz o mahnını yenidən hazırladıq”.

Qeyd edək ki, uzun illərdir kirayələrdə yaşayan şəhid Xudayar Yusifzadənin ailəsinə ev tikiləcək. Bu haqda mətbuata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!




Facebook-da paylaş