“İrana genişmiqyaslı hücumlar olacaq!” - DƏHŞƏTLİ PROQNOZ




“İran Suriya münaqişəsinə qoşulan əsas dövlətlərdən biridir. Öz növbəsində, İŞİD Suriya və İraqda ağır məğlubiyyətlərlə üzləşib. İŞİD buna görə də bütün rəqiblərindən qisas almağa çalışır”.

“RİA-Novosti” xəbər verir ki, bunu İranın paytaxtı Tehranda təşkil edilən hücumları şərh edən İran üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Vladimir Sotnikov deyib.

“İŞİD hücrələri İranda çoxdan yaradılıb. İndi isə terror təşkilatının başçıları onları öz düşməni hesab etdiyi ölkələrdə terror aktlarına qoşurlar. Buna görə də İranda gələcəkdə yeni terror aktlarının mümkünlüyünü istisna etmirəm. Bu hücumlar hətta daha genişmiqyaslı ola bilər”, - ekspert proqnozlaşdırıb.

Politoloq qeyd edib ki, İranda başqa radikal qruplaşmalar da var.

AzFakt.info



Facebook-da paylaş