Tezliklə mühacirətdə Qərbi Azərbaycan hökuməti ortaya çıxa bilər – Stanislav Tarasov


Mühacirətdə Qərbi Azərbaycan Respublikasının elan edilməsi təkcə Ermənistandakı erməniləri deyil, onların kənardakı havadarlarını da qıcıqlandırıb.
 
AzFakt.info-nun məlumatına görə, ermənilərin dəstəkçisi kimi tanınan Rusiyalı analitik və tarixçi Stanislav Tarasov da bu məsələ ilə bağlı təhlili məqalə ilə çıxış edib.
“”Böyük Azərbaycan” layihəsi türklərin dəstəyi ilə böyüyür” başlıqlı məqaləsində o, qeyd edir ki, tezliklə mühacirətdə “Qərbi Azərbaycan Respublikası hökuməti” ortaya çıxa bilər.
Müəllif yazısında bu ideyaya bölgənin geosiyasi prosesləri çərçivəsində, o cümlədən Türkiyə və İran ətrafında cərəyan edən hadisələr fonunda qiymət verir və bunu ciddi xronolji əsasları olan hadisə adlandırır:
“Xüsusi təhlilə ehtiyac duyan tarixi detallara girməyəcəyik və fərqli bir nizamda olan hadisələrə diqqət yetirməyəcəyik. Fakt budur ki, mənşəyi 1919-cu ilin əvvəllərinə gedən Qərbi Azərbaycan Respublikası geosiyasi layihəsi 2000-ci illərin əvvəllərində Azərbaycanda Müsavat partiyasının hakimiyyəti (?-red) dövründə irəliləməyə başlamışdır. Xronoloji baxımdan, bu, demək olar ki, ayrı-ayrı konqresmenlərin məktublarının ABŞ Dövlət Departamentinə gəlməyə başladığı vaxta təsadüf edir”.
Tarasov bu ideyanın ABŞ-ın İrana qarşı yönəlmiş siyasətinin davamı kimi qiymətlədirməyə cəhd edir.
Bütün bunlarla yanaşı, müəllif sonda onu da vurğulayır ki, qarşıda “Yaxın Şərqi əhatə edən növbəti böyük hadisələrin mərhələsi gözlənilir, buna hazırlaşmalıyıq”.



Facebook-da paylaş