İranda hökumət əleyhinə aksiyalar davam edir

İranda hökumət əleyhinə aksiyalar davam edir


İranın paytaxtı Tehranda hökumət əleyhinə aksiyalar davam edir.

“Anadolu” agentliyi xəbər verir ki, Tehran Universitetinin tələbələrinin təşkil etdiyi aksiyalarda “Boeing-737” Ukrayna təyyarəsinin səhvən vurulmasına səbəb olanların cəzalandırılması və cavabdeh şəxslərin istefası tələb olunub. Etirazlar zamanı hökumət əleyhinə şüarlar səsləndirilib.

Xatırladaq ki, yanvarın 8-də təyyarə qəzası zamanı 176 nəfər ölüb.


Facebook-da paylaş