ABŞ konqresmenləri hərbi helikopterlə Qarabağa gəldilər



Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-da Azərbaycan iqtisadiyyatı barədə danışarkən, ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri, əsas erməni lobbiçilərindən olan Frank Pallone, habelə konqresmenlər Ceki Spir-Kançelyan və Cudi Çu dünən, 1 oktyabrda hərbi təyyarə ilə işğal olunmuş Qarabağda gəliblər.

"Frank Pallone, ABŞ və “DQR” arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdırmaq, ABŞ tərəfindən maliyyələşdirilən layihələrə və inkişaf edən gənc demokratiyaya köməyin yeni yollarını müəyyənləşdirmək üçün “hökumət” rəsmiləri ilə görüşəcək", - deyə Amerikanın Erməni Milli Komitəsi öz Twitter hesabında məlumat yayıb.



AzFakt.info xatırladır ki, sentyabrın 27-də ABŞ Konqresindəki Erməni Məsələləri Komitəsi, ABŞ Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Mark Esperə məktub göndərərək, Azərbaycana hərbi yardımın artmasından və Ermənistanla Azərbaycan arasında paritetin pozulmasından narahatlığını ifadə etmişdi.



Facebook-da paylaş