"İranın bu formada qarışıqlığa sürüklənməsi, qonşu dövlətlər üçün arzuolunan deyil"


Millət vəkili Fazil Mustafa İranda baş vermiş teraktı Moderator.az-a şərh edib:

"Bu terror aktının dəqiq kimlər tərəfindən törədilməsi hələ müəyyənləşməyib. İŞİD-ın indiki iflas vəziyyətində belə bir aktı İran ərazisindən gerçəkləşdirməsinin mümkünlüyü inandırıcı görünmür.  İranla problemi olan dövlətlərin nə dərəcədə iştirakçılığı isə sübuta yetirilərsə, o zaman vəziyyətin gərginləşməsi gözlənilə bilər. Bu terror aktında ölən dinc sakinlərə Allahdan rəhmət diləyirəm. İranın indiki şəraitdə bu formada qarışıqlığa sürüklənməsi, qonşu dövlətlər üçün arzuolunan deyil. Çünki bu yanğının zərəri ilk öncə qonşuluğa dəyəcək. Bu vasitə ilə güc nümayiş etdirilməsi hər zaman gözlənilir, lakin yenə də dəqiq araşdırılmadan bir nəticə çıxarmaq doğru olmazdı".


Facebook-da paylaş