İranda matəm elan olundu



İranın Əhvaz şəhərində hərbi paraddakı terror aktından sonra bazar ertəsi, sentyabrın 24-ü milli matəm günü elan edilib.

Virtualaz.org bildirir ki, bu barədə İran prezidentinin rəsmi saytında məlumat verilib.

Ölkə hökuməti bütün ölənlərin və yaralıların ailələrinə başsağlığı verib.

Qeyd edilir ki, terror aktı nəticəsində ölənlər sentyabrın 24-də torpağa tapşırılacaq.
Bundan əlavə, rəsmi Tehran qonşu dövlətləri terror aktında əli olan qruplaşmalara qarşı ciddi tədbirlər görməyə çağırıb.






Facebook-da paylaş