Prezident Elmar Vəliyevin yerinə onu təyin etdi - 3 sərəncam





Azərbaycan Respublikası Prezidenti Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AzFakt.info xəbər verir ki, sərəncama əsasən, Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vaqif Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Facebook-da paylaş