Paşinyan: “Seçilmə ehtimalım 95%-dir”



Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, onun baş nazir vəzifəsinə seçilmə  ehtimalı 95%-dir.

RİA “Novosti” xəbər verir ki, bu barədə N.Paşinyan Yerevanda keçirdiyi mitinqdə bəyan edib.

“Mənə rəsmi şəkildə bildirilib ki, “Daşnaksütun”, “Yelk”, “Tsarukyan bloku” fraksiyaları və Ermənistan Respublika partiyasını təmsil edən bir sıra deputatlar xalqın namizədinə səs verəcəklər. Bu isə seçilmə ehtimalının 95%-i deməkdir”, deyə N.Paşinyan qeyd edib.

Qeyd edək ki, Ermənistanda baş nazir seçkilərinin ikinci turu mayın 8-də keçiriləcək. Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir. Deputatlar baş naziri ikinci dəfə də seçə bilməsələr parlament avtomatik buraxılacaq.




Facebook-da paylaş