Serj Sərkisyan parlamentdə etiraf etdi: “Aprel müharibəsi bizim üçün gözlənilməz oldu”



“Aprel müharibəsi bizim üçün gözlənilməz, həm də gözlənilən idi”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanın baş naziri postuna namizəd, eks-prezident Serj Sərkisyan parlamentin bu günkü iclasında çıxışı zamanı deyib.

Aprel müharibəsinin dərsləri barədə danışan Sərkisyan qeyd edib ki, Ermənistan bundan sonra Azərbaycan rəhbərliyinin Qarabağ probleminin güc yolu ilə ilə həllindən imtina edəcəyinə ümid etməməlidir: “Aldığımız dərslərdən biri odur ki, silahlı qüvvələrin vəziyyətinin yaxşılaşmasına diqqət yetirməliyik, ən vacibi isə əsgər və zabitlərin döyüş ruhunun yüksəldilməsi üçün onların məişət problemləri həll olunmalıdır” – deyə Sərkisyan dolayısı ilə orduda olan pis vəziyyətə işarə edib.


Facebook-da paylaş