Əsas Səhifə > Dünya > Jurnalistlər Putinin böyük qızının biznesini açıqladılar

Jurnalistlər Putinin böyük qızının biznesini açıqladılar


24-07-2019, 23:23


Rusiya prezidenti Vladimir Putinin şəxsi həyatı jurnalistləri onun siyasi fəaliyyətindən az maraqlandırmır. 

Dövlət başçısının  keçmiş həyat yoldaşı Lyudmila Putina ilə nikahından olan qızların həyatı  mətbuatın böyük marağındadır. Baxmayaraq ki, qızlar reklamdan qaçırlar.

Moderator.az BBC-ə istinadən xəbər verir ki, bu dəfə Putinin böyük qızı Mariya Vorontsovanın həyatı ilə bağlı yeni təfərrüatlar var. Bu ilin əvvəlindən bəri o, "Nomeko" ASC şirkətinin ortaq sahibi olub - Təşkilat səhiyyə sektorundakı ən böyük investisiya layihələrindən birinin həyata keçirilməsində iştirak edir.

Bir müddət əvvəl Sankt-Peterburqda "Nomeko" ASC-nin təşkilatçılığı ilə "Nüvə təbabəti" simpoziumu keçirildi. Tədbirin qonaqları arasında baş nazirin müavini Tatyana Golikova, Sankt-Peterburq qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Beqlov və Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzinin prezidenti Mixail Kovalçuk da var. Mariya Vorontsova özü də spikerlərdən biri olub. Yeni nüvə mediasının köməyi ilə xərçəng xəstəliyi zərrə qədər yaranışında bəlli olacaq və qarşısını almaq daha da asanlaşacaq.

Simpoziumun süjeti "Rossiya 1" telekanalında yayımlanıb. Qeyd edək ki, bu, Mariyanın federal kanalın efirində ilk dəfə görsəntisi deyil. Amma, telekanallar xəbəri hazırlayarkən  və Mariyadan müsahibə alarkən heç vaxt onun Putinin qızı olduğunu vurğulamır. Mariya çox sadə geyimi və adi saç düzümü ilə tədbirdə iştirak edib və jurnalistlərin rəyinə görə bu, onun tərzidir və prezident qızı  dəbdəbəni sevmir, bahalı daş-qaş  istifadə etmir, adi qol saatı taxır. Efirdən sonra  Vorontsova və Lyudmila Putinanın xarici görünüşdən bənzərliyi medianın diqqətini çəkib.

İndi belə görünür ki, Mariya təkcə elmlə yox, bizneslə məşğul olmağa  qərar verib. Yeri gəlmişkən, bu ilin may ayında Putinin başqa bir qızı Katerina Tixonova Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib. Namizədlik işi astronavtlara və pilotlara kosmosda daha yaxşı istiqamət müəyyən etməyə  kömək edəcək cihazların yaradılmasına, habelə vestibulyar aparatla problem yaşayan insanlara həsr olunub.



Geri qayıt