Notice: Undefined index: password in /home/u334651im8/domains/azfakt.info/public_html/engine/print.php on line 17

Warning: uasort() expects parameter 1 to be array, null given in /home/u334651im8/domains/azfakt.info/public_html/engine/print.php on line 17
Çap versiya > Ermənistan parlamentinin gülləyə tutulmasını Putin təşkil edib?
Əsas Səhifə > Dünya > Ermənistan parlamentinin gülləyə tutulmasını Putin təşkil edib?

Ermənistan parlamentinin gülləyə tutulmasını Putin təşkil edib?


11-04-2019, 09:59



Erməni KİV-ləri Milli Şuranın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının genişləndirilmiş iclasının gedişi haqda sensasiyalı informasiya yayıblar. Ermənistandakı analitiklər Rusiya prezidenti Vladimir Putin barəsində onu ləkələyən bəyanatın səsləndirilməsinə rəsmi Yerevan və Kreml arasında münasibətlərin pisləşməsinin nəticəsi kimi baxırlar.



Virtualaz.org “Yerkramas”a istinadən bildirir ki, komissiyanın 27 oktyabr 1999-cu ildə Yerevanda baş vermiş hadisələrin, hansında ki,  parlamentin spikeri Karen Dəmirçyan və baş nazir Vazqen Sarkisyan öldürülmüşdülər, araşdırmasının müzakirəsinə həsr edilmiş iclası zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın silahdaşı, iqtidar partiyasından millət vəkili, Müdafiə və təhlükəsizlik məsələləri üzrə parlamentin daimi komissiyasının sədri Andranik Koşaryan sensasiyalı bəyanatla çıxış edib.

"Oktyabr ayının 27-də törədilən cinayətin üstü açılıb.  Sifarişçilər məlumdur. Bu, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Vladimir Putinin əmri ilə həyata keçirilib", - deyə erməni mətbuatının yaydığı bəyanatda vurğulanıb.



Geri qayıt