Ermənistanın Baş qərargah rəisi daha 8 gün vəzifəsində qalacaq

Ermənistanın Baş qərargah rəisi daha 8 gün vəzifəsində qalacaq


“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan səlahiyyətlərinin icrasını davam etdirir”.
 
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Konstituisya məsələləri üzrə eksperti Vardan Ayvazyan “Sputnik Armeniya”ya müsahibəsində deyib:
 
“Ölkənin Silahlı qüvvələr rəhbərini baş nazir vəzifədən azad etmir. Bu, prezidentin əmri ilə yerinə yetirilir. Hazırda isə prezidentin belə bir sərəncamı yoxdur. Həmin şəxslər öz postlarında qalır. Demək olar ki, bu halda Silahlı Qüvvələr seytnot vəziyyətdədir və qanunla verilən vaxtdan səmərəli istifadə olunmalıdır”.
 
Ayvazyanın sözlərinə görə, Konstitusiyaya əsasən, prezidentin qərar vermək üçün 3 gün vaxtı var. Əgər o, bu qərarı verməzsə, bunu baş nazir edəcək. Armen Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət etməzsə, onda Nikol Paşinyanın qərarı qüvvəyə minəcək.
 
Ekspert bildriib ki, digər tərəfdən Konstitusiya Məhkəməsi 5 gün ərzində Prezidentin müraciəti barədə qərar qəbul etmək hüququna malikdir. Yəni vəziyyəti həll etmək üçün maksimum müddət 8 gündür.


Facebook-da paylaş