Paşinyan Putinə zəng etdi






Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə baş verən hadisələrlə bağlı Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

AzFakt.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin Ermənistanda qayda-qanun və sakitliyi qoruyub saxlamağın, vəziyyəti qanun çərçivəsində sahmana salmağın vacibliyini qeyd edib, bütün tərəfləri təmkinli olmağa çağırıb”, - Peskov bildirib.


Facebook-da paylaş