Nikol çağırış etdi: ilkin toqquşmalar başladı – VİDEO







Paşinyan bütün hərbçiləri xidmətini davam etdirməyə və ölkənin təhlükəsizliyini təmin etməyə çağırıb.

Axar.az xəbər verir ki, o, ordunun siyasi proseslərdə iştirakının qəbuledilməz olduğunu bildirib.

Baş nazir böhranın öhdəsindən konstitusiya ilə gəlinəcəyini deyib. Paşinyan, tezliklə, yeni Baş Qərargah rəisi və və müavinlərinin təyin ediləcəyini də bildirib.

Bu arada, Mənim Addımım Blokunun parlamentdəki fraksiyası təcili iclas çağırıb.
İclasda Baş Qərargahın bəyanatı müzakirə ediləcək.
Bununla belə iclasdan öncə parlamentin spikeri Paşinyanla görüşdə olub. O, Paşinyanın canlı çıxışından sonra hökumət binasını tərk edib.
Mənim Addımım Blokundan olan deputat Andranik Köçəryan isə Onik Qasparyanın Paşinyanı istefaya səsləyən bəyanatının orduda keçiriləcək reformlarla bağlı olduğunu bildirib.

***
Azadlıq meydanında toplanan müxalifət tərəfdarları ilə yaxınlıqdan keçən və Paşinyanın yürüşünə qatılmaq istəyən aksiyaçılar arasında ilkin toqquşma yaşanıb.

Kiçik toqquşmanın videosunu təqdim edirik:




Facebook-da paylaş