İrəvanda Nikola qarşı aksiya: Bu bina yumurta atəşinə tutuldu







İrəvanda “Vətənin Xilası Hərəkatı”nın Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları başlayıb.

Axar.az xəbər verir ki, Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları şəhərin mərkəzinə doğru irəliləyir. Polis hərəkətə mane olmayıb.
“Bizim Nikolun hakimiyyətdən uzaqlaşdırılması üçün proqramımız var. Xalqımızla birlikdə onun istefasına nail olacağıq. Biz konstitusiya yolu ilə gedirik”, - Daşnaksütyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

***

“Ayıb olsun!”, “Nikola xidmət etdiyiniz üçün!” şüarları səsləndirən etirazçılar Ermənistan Xüsusi İstintaq Xidmətinin binasını yumurta atəşinə tutublar.

Hüquq-mühafizə orqanları etirazçılara müdaxilə etməyib.


Facebook-da paylaş