Fəxrizadəni öldürənlərin kimliyi müəyyənləşdirildi - İran






İran xüsusi xidmət orqanları nüvə fizikası Möhsün Fəxrizadənin qətlində əli olan şəxslərin kimliyini müəyyənləşdirib.

Axar.az xəbər verir ki, bunu İran hökümətinin rəsmi nümayəndəsi Əli Rəbii deyib.

"İran İnformasiya və Təhlükəsizlik Nazirliyi qətldə əlaqəli bilinən şəxslərin kimliyini müəyyənləşdirib. Hazırda bütün aspektlər araşdırılır. Proses başa çatan kimi müvafiq reaksiya göstəriləcək”, - Rəbii bildirib.

Qeyd edək ki, İranın məşhur nüvə fiziki Möhsün Fəxrizadə noyabrın 27-də Tehran yaxınlığında sui-qəsd nəticəsinə öldürülüb.


Facebook-da paylaş