Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın”



Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.

“Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, - valideynlərdən biri söyləyib.

Digər bir valideynin sözlərinə görə, oğlu ilə birgə bütöv tabor Martuni-Cəbrayıl arası istiqamətdə itkin düşüb.

Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb.





Facebook-da paylaş