İrəvanda Paşinyana qarşı mitinqlərə qatılan Qarabağ erməniləri sığınacaqlardan qovulacaq...

Bütün qubernatorlar, bölgə rəhbərləri,  sığınacaq sahibləri  bu barədə xəbərdar olunub...




Qarabağdan –  işğal etdikləri Azərbaycan torpaqlarından  İrəvana qaçmış ermənilər mitinqlərdə iştirak edərlərsə, müvəqqəti yerləşdirildikləri evlərdən çıxarılmaqla təhdid olunurlar.

Moderator.az  xəbər verir ki, bu barədə işğalçı ölkənin "Hraparak" qəzeti yazır. 

“Bir neçə gündür ki, Qarabağdan olan qaçqınlardan xırda dövlət məmurlarının  onlara Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqlərdə iştirakı qadağan etməsi barədə  siqnallar alırıq. Bütün qubernatorlar, bölgə rəhbərləri, Qarabağ sakinlərinin sığındığı müxtəlif sığınacaq sahibləri qaçqınlara etiraz aksiyasında iştirak edən birini görsələr, evlərindən məhrum etmələri barədə xəbərdar olunublar. 

Dünən bu xəbərə aydınlıq gətirmək üçün bütün qubernatorlara tək-tək telefon açdıq, lakin zənglərimizə cavab verən olmadı" -deyə erməni qəzetində bildirilir.


Facebook-da paylaş