Prezidentin qardaşı qızı onu məhkəməyə verdi - DƏLƏDUZLUQ


Trampın yaxın qohumu Nyu-York Ali Məhkəməsində onun barəsində iddia qaldırıb.



“Nyu-York Tayms” qəzetinin dərc etdiyi məqalədə ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri Trampın onu və digər ailə üzvlərini on milyonlarla dollar mənimsəməkdə günahlandırmasından bəhs edilir.

Merinin sözlərinə görə, ABŞ Prezidenti və mərhum qardaşı onu atasının miras qoyduğu qismətdən məhrum ediblər. O, babasının qoyduğu mirasın da haqsız olaraq bölündüyünü bildirib.

Qızın anasının ölümündən sonra Donald və Robert Tramp onun qəyyumları olublar. Lakin əmilər qardaşı qızlarının qayğısına qalmaq əvəzinə, ona çatacaq vəsaiti oğurlamaq üçün bir plan hazırlayıblar.

1999-cu ildə Trampın atası, yəni Merinin də babası Fred Tramp ölüb. Bundan sonra isə Meri Tramp  bir müqavilə imzalamağa məcbur edilərək on milyonlarla dollardan məhrum olduğunu iddia edir.

Xatırladaq ki, hələ bu ilin iyul ayında Meri Tramp  nəşr etdirdiyi 211 səhifəlik kitabında  əmisini - ABŞ prezidenti Donald Trampı  təhlükəli adam kimi xarakterizə edib. Onun kitabının adı da bundan xəbər verir: “Həddindən çox və həmişə yetərsiz: ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?”...(Moderator.az)


Facebook-da paylaş