Ermənistan müxalifəti ümumrespublika mitinqinə hazırlaşır



Müxalif “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun” və Vətən partiyaları oktyabrın 8-də Yerevanda ümumrespublika mitinqi keçirəcəklər.

“Report” xəbər verir ki, bu barədə adları çəkilən partiyalar birgə açıqlama yayıblar.

“Üçlər” bildirib ki, son iki ildə hökumət ictimaiyyətin ümidlərini doğrultmayıb: “Hakimiyyət bütün sahələrdə uğursuzluğa uğrayıb. Hakim siyasi partiya dövlətimizin tələblərinin həyata keçirmək qabiliyyətinin olmadığını sübut edib”.


Facebook-da paylaş