Köçəryan Rusiya haqda: Əbədi dostluq olmur...






Ermənistan və Rusiya arasındakı münasibətlərin durumundan narahatam.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın eks-prezident Robert Köçəryan RBK kanalına müsahibəsində deyib.

“Hazırda məni bir məsələ narahat edir: Ermənistan və Rusiya, ümumiyyətlə, erməni-rus münasibətlərinin durumu. Münasibətlərin əbədi sabit qalacağı deyilən bir anlayış yoxdur. “Budur, münasibətlər qurulub və bu, həmişə belə davam edəcək, heç bir şey buna mane ola bilməz” iddiası ilə razı deyiləm. Münasibətlərin davam etdirilməsi səy tələb edir. Bununla bağlı heç bir iş görülməsə, bir-iki nəsil dəyişdikdən sonra yaradılan bütün əlaqələr yox olacaq. Hazırda biz bunu Gürcüstanda müşahidə edirik. Oradakı gənclik artıq rus dilində danışmır. Əbədi dostluq olmur. Bunun üçün çoxlu enerji sərf olunmalıdır”, – Robert Köçəryan bildirib.


Facebook-da paylaş