"Gərginlik artsa, Afina itki ilə üzləşəcək" - Türkiyə



Yunanıstanın Meis adasına hərbi qüvvə toplaması ilə bağlı xəbərlər yayılıb. Bu ada 1947-ci il Paris Sülh Müqaviləsinə görə silahsızlaşdırılmış ərazidir.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatındandır.

“Mətbuatda yayılmış xəbərlər həqiqətdirsə, bu, Yunanıstanın hüquqa zidd davranmasının və Şərqi Aralıq dənizindəki niyyətinin yeni bir nümunəsidir. Adanın statusu ilə bağlı dəyişiklikləri rədd edirik. Sərhədlərimizin yaxınlığında belə bir təxribata imkan verməyəcəyimizi vurğulayırıq. Bu təxribatların Afinaya heç bir faydası olmayacaq. Yunanıstan bölgədə gərginliyi artırsa, itirən özü olacaq”, - bəyanatda bildirilib.


Facebook-da paylaş