Belarus rus muzdluları həbs etdi - Kremldən cavab



Moskvada hələ ki, Belarusda saxlanılan Rusiya vətəndaşlarının vəziyyəti gərginləşdirmək planlarının olması barədə məlumat yoxdur.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Bu gün səfirimiz Xarici İşlər Nazirliyi və Minskdəki həmkarları ilə danışacaq. Ümid edirik ki, bu əlaqə nəticəsində, eləcə də xüsusi xidmətlər arasındakı kanallarla baş verənlər haqqında hərtərəfli məlumat alacağıq. Və əlbəttə ki, saxlanılan Rusiya vətəndaşlarının hüquqlarının tam qorunacağına ümid edirik”, - Peskov deyib.

Qeyd edək ki, Belarusda “Vaqner” şirkətinin 33 döyüşçüsünün saxlanıldığı bildirilib. BELTA agentliyi ölkəyə ümumilikdə 200 “Vaqner” döyüşçüsünün gəldiyini və onların hədəfinin ölkədəki situasiyanı destabilizasiya etmək olduğunu yazıb.(axar.az)


Facebook-da paylaş