Çin müsəlman qadınları zorla sonsuzlaşdırır - İnsanlığın bitdiyi yer...


Çinli akademik Adrian Zenz tərəfindən həyata keçirilən araşdırma qadınların zorla sonsuzlaşdırıldığını ortaya qoyub. 

Sözügedən araşdırma zamanı Çinin Şincan bölgəsində yaşayan bir milyona yaxın Uyğur Türkü Müsəlmanlarının dövlət tərəfindən düşərgələrdə saxlanıldığı bildirilb.

Dünya ictimaiyyətinə açıqlanan məlumata görə, düşərgələrdə saxlanılan iki uşaqlı qadınlara zorla doğuşa nəzarət metodu olan "spiral" taxılır. Bəziləri isə sonsuzlaşdırma əməliyyatına məcbur edilir.

Moderator.az xəbər verir ki, baş verənlərdən sonra Pekin rəhbərliyi sözügedən araşdırmanın doğru olmadığını irəli sürüb.




Facebook-da paylaş