Koronavirus peyvəndi üçün 31 milyard lazımdır: ÜST cəmisi 10 faizini toplaya bilib...



ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) rəhbərlik etdiyi yeni tip koronavirus epidemiyası ilə mübarizə koalisiyası gələcək 12 ay ərzində COVID-19 test, müalicə və peyvəndi üçün 31.3 milyard dollara ehtiyac olduğunu açıqlayıb.

Bu məbləğin sadəcə 3.4 milyard dollarlıq hissəsi indiyə qədər toplana bilib.

“COVID-19-u nəzarət altına almaq və həyatları xilas etmək üçün bənzərsiz miqdarda və təsirli peyvəndə, diaqnostikaya və terapevtlərə ehtiyacımız var”, - ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesus bildirib. (medicina.az)




Facebook-da paylaş