Rusiyada koronavirusa yoluxanların sayı 200 minə çatır


Rusiyada son sutka ərzində daha 10 min 817 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 198 min 676-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 104 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 1 827-yə çatıb. Ümumilikdə 31 min 916 pasiyent isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, dünyada 4 milyon 26 min 838 nəfər COVID-19-a yoluxub, 276 min 373 nəfər vəfat edib. 1 milyon 393 min 117 nəfər sağalıb.


Facebook-da paylaş