Eks-deputat oğlunun Qarabağda öldürdüyü erməni əsgərin qohumları İrəvana yürüş etdi...




Mediada yayılmış xəbərlərdən bəlli olduğu kimi, Azərbaycanın işğal altındakı torpaqlarında yerləşən işğalçı hərbi hissələrdən birində  intihar etməsi haqda rəsmi informasiya yayılmış  hərbçi Vaqram Avakyanın əsgər yoldaşları saxlanılıb.

Moderator.az xəbər verir ki,   erməni saytlarının yaydığı məlumata görə, artıq işğalçı ölkədə  hərbçinin onun intihar etməsi versiyası ilə razılaşmayan valideyn və qohumları ayağa qalxıb. Bu gün - fevralın 2-də səhər saatlarında onlar əllərində əsgərin tabutu İrəvana qədər gediblər.  

Qeyd edək ki,  Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutyunyanın bazar ertəsi öz "Facebook” səhifəsində bildirdiyinə  görə, əsgərin ölümü ilə bağlı saxlanılanlar David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyandır.

"Sputnik Ermənistan”ın məlumatına görə, saxlanılanlardan biri – David Movsisyan Ermənistan parlamentinin keçmiş deputatı Arakel Movsisyanın oğludur. Sosial şəbəkələrdə erməni əsgərin məhz  eks-deputatın oğlu tərəfindən öldürülməsi haqda paylaşmalar edilir.

Ermənistanın müdafiə naziri David Tonoyan İrəvanda V.Avakyanın valideyn və qohumlarıyla  görüşüb və işin obyektiv araşdırılacağına söz verib. Danışıqlardan sonra etirazçılar Vaqramı dəfn etmək üçün kəndə qayıtmaq qərarına gəliblər.

Xatırladaq ki, yanvarın 30-da Qarabağda işğalçı ordunun hərbi hissələrindən birində 2000-ci il təvəllüdlü əsgər Vaqram Avakyan ölümcül yaralanması haqda məlumat yayılıb.



Facebook-da paylaş