Qadın hakimi öz kabinetində… - Ermənistanı şoka salan olay



Ermənistanın məhkəmə hakimi Tatevik Qriqoryanı öldürməyə cəhd ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş prokrurorun müavini Qor Abramyan açıqlama verib.

O, olaydan sonra Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinin açıldığını bildirib.

Məlumata görə, hadisə yanvarın 8-də Tatevik Qriqoryan öz kabinetində işləyərkən baş verib. Günorta saatlarına silahlı şəxs və ya şəxslər onun işlədiyi kabinetin pəncərəsinə odlu silahlardan atəş açıb.

Hadisənin hansı zəmində baş verdiyi məlum deyil, araşdırma aparılır.


Facebook-da paylaş