Rusiya baş naziri erməni deyil, amma... – Erməni KİV





Rusiyanın yeni Baş naziri Mixail Mişustinin valideynləri və milliyəti haqqında onun rəsmi bioqrafiyasında hansısa informasiya yoxdur.

AzFakt.info xəbər verir ki, bu məlumatı “Fip.am” saytı yayıb.

“Mixail Mişustinin atası Vladimir Moisey Mişustin Belarusun Polotsk şəhərindən olan yəhudidir. Vladimir Mişustinin 1980-ci illərin sonunda Moskva vilayətindəki Lobnya şəhərinə gəlib.

“Mk.ru”nun məlumatına görə, Mişustinin atası Moskvanın “Şeremetyova” hava limanında çalışıb” – saytda bildirilib.

Jurnalist Sergey Kaneva istinad edən sayt Mişustinin SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsində çalışan zabit olduğunu vurğulayıb. Kanev Mişustinin atasının kariyerasına Bolqarıstanda başladığını, daha sonra fəaliyyətinə Əfqanıstan və Lüksemburqda davam etdiyini deyib. SSRİ-nin süqutundan sonra “Ayromaş Aviasiya Təhlükəsizlik” şirkətində çalışan ata Mişustin buradan Şeremetyevo hava limanına keçib.
Mixail Mişustinin anası haqqında informasiya daha azdır. Mişustinin anası Luiza 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. Vladimir Moiseyeviçlə evlilikdən sonra onun soyadını götürüb. Sayt Luiza haqqında açıq mənbələrdə məlumatın olmadığını bildirib:
“Evliliyə qədər onun soyadının nə olduğu bəlli deyil. Bəzi əsaslandırılmamış məlumatlara əsasən, Luiza ermənidir, amma Luizanın dağ yəhudisi versiyası da mövcuddur. Bunun əvəzində dəqiq informasiya var ki, Luiza Mişustin gənclikdə tibb müəssisəsində çalışıb, indi isə oğluna qeyri-qanuni gəlirlərini gizlətməyə kömək edir”.

Mixail Mişustin “Stankin” Moskva Dövlət Texnologiyalar Universitetinə daxil olduqdan sonra Rusiyanın erməni icmasının elitası ilə əlaqə qurmağa başlayıb:

“Başlanğıcdan etibarən məhz Mişustini erməni olmaqda ittiham etməyə cəhd ediblər və bunu 2010-cu ilin noyabrında ilk dəfə “Moskou Post” saytı iddia edib. Bu sayt rus millətçiləriylə bağlıdır. Daha sonra məqalə silinib, amma məşhurlar barədə “çirkli” xəbərlərin toplanmasıyla ixtisaslaşan “Compromat.ru” saytında tam olaraq saxlanılıb. Məqalədə hansısa faktiki sübut olmadan bəyan edilir ki, Mişustin ermənidir”.
Rus millətçilərinin saytında dərc olunan məqalənin müəllifi həmçinin Mişustinin erməni icmasıyla sıx əlaqələrinə də diqqət yetirib və universiteti bitirdikdən yaxın dostu Levon Amdilyanla çalışdığını bildirərək, məhz bunun sayəsində çox şeyə nail olduqlarını deyib.

Bununla bərabər Mişustinin inkişafında erməni biznesmen Ruben Vardanyanla tanışlığının da böyük rolunun olduğu vurğulanıb. “RuCriminal.info”da keçmiş energetika naziri İqor Yusifovun bioqrafiyasına diqqət yetirən “Fip.am” məhz burada Vardanyanın Mişustini Yusifovla tanış etdiyi bildirilib. Bununla belə sayt bütün bu məlumatların onun erməni olmasını təsdiqləmədiyini qeyd edib:

“Beləliklə, deyə bilərik ki, Mixail Mişustinin yarı erməni olması barədə informasiya əsassızdır. Böyük ehtimalla bu versiya 10 il əvvəl naməlum rus millətçisi tərəfindən səsləndirilən ittihamın nəticəsidir”.


Facebook-da paylaş