İstanbulda uşaqlı analar üçün gediş haqqı ləğv edildi



İstanbulda 5 yaşa qədər uşaqlar və anaları üçün ictimai nəqliyyat pulsuz oldu.

AzFakt.info yerli KİV-ə istinadən bildirir ki, bunu İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib.

“İstanbulda 5 yaşa qədər 1 milyon 160 min uşağımızın analarının pulsuz gediş kartı əldə etməsi qərarı bələdiyyə məclisi tərəfindən yekdilliklə qəbul edilib”, - deyə İmamoğlu bildirib.



Facebook-da paylaş