İranda 1 milyondan çox insan etiraza qalxdı





Yanvarın 17-də cümə namazından sonra Tehran da daxil olmaqla, İranın böyük şəhərlərində kütləvi yürüşlər keçirilib.

AzFakt.info xəbər verir ki, Tehran, Təbriz, Urmiya, Yəzd, İsfahan, Şiraz və digər şəhərlərdəki yürüşlərdə ümumilikdə bir milyondan çox insan iştirak edib. Yürüş iştirakçıları İran İslam İnqilabını müdafiə edib və Ukraynaya məxsus təyyarənin vurulması nəticəsində həlak olanların ailələrinə başsağlığı veriblər.

ABŞ əleyhinə şüarlar səsləndirən iştirakçılar qeyd ediblər ki, İran bütün təzyiqlərə baxmayaraq, düşmənləri qarşısında baş əyməyəcək. İran xalqı inqilabı və onun liderini hər zaman müdafiə edəcəklər.

Yürüşlərə dövlət və hökumət nümayəndələri də qatılıblar.


Facebook-da paylaş