Tramp Makronu “yumşaq yerdə tikan” adlandırdı... - TƏHQİR



 ABŞ prezidenti D.Tramp Ağ Evdə BMT səfirləri ilə görüşdə, fransalı həmkarı Emmanuel Makronu "yumşaq yerdə tikan" adlandırıb və Kanadanın Baş naziri Castin Trüdo haqda da xoşagəlməz sözlər işlədib.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə dekabrın 12-də "The Daily Beast" məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Beləliklə, Donald Tramp, bu iki siyasətçinin onun arxasınca  pis danışmaqları barədə məlumatlara reaksiya verib. 

NATO-nun bu ayın əvvəlində Londonda keçirilən sammitində baş verən bu səhnə videoya çəkilib və mediada, sosial şəbəkələrdə yüksək rezonans doğurub. Tramp Makronu "liliput" adlandırıb və onun Qərblə İran qarşıdurmasında bir işə yaramamasından şikayətlənib.



Facebook-da paylaş