Yunan lider islamı təhqir etdi, türk parlamentari isə...





Yunanıstan parlamentində təmsil olunan Yunan Həlli Partiyasının lideri Kiryakos Velopulos yeni vergi qətnamələri ilə bağlı çıxışında islam dinini təhqir edib.

AzFakt.info xəbər verir ki, Kiryakos islamiyyətin din olmadığını, siyasi ideologiyanı ehtiva etdiyini bildirib.
Partiya lideri əlavə edib ki, islam dinində təlqin edilən yaşam tərzi Qərb həyat normalarına uyğun gəlmir.

Buna cavab olaraq, Dəyişiklik Hərəkatı Partiyasının türk əsilli təmsilçisi İlhan Əhməd Kiryakosun fikirləri ilə razılaşmadığını, onun bu çıxışla bütün müsəlmanları təhqir etdiyini bildirib.

Türk parlamentariyə yunan həmkarı SYRİZA hərəkatının təmsilçisi Efklidis Çakalotos da dəstəyini ifadə edib.


Facebook-da paylaş