Sarkisyan cinayət məsuliyyətinə cəlb olundu




Xəbər verdiyimiz kimi Sarkisyan İstintaq Xidmətinə çağrılmışdı. Bu dəqiqələrdə Sputnik Armenia-nın verdiyi məlumata görə, ilkin istintaq çərçivəsində əldə edilmiş sübutlar əsasında Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana Ermənistan Cinayət Məcəlləsinin 38-179-cu maddəsinin 3-cü bəndinin 1-ci bəndi (mənimsəmə) ittiham olundu. 

Bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Keçmiş prezident 2013-cü il yanvarın 25-dən 7-dək bir qrup məmurdan mənimsəmə (1 milyon dollar) və oğurluqda ittiham olunur. 

Ölkəni tərketməmə haqqında Serj Sarkisyandan iltizam alınıb.



Facebook-da paylaş