“Qonşularına hörmət et, sonra…” – ABŞ-dan Rusiyaya gözlənilməz zərbə



ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın G7-də (Böyük Yeddilik) iştirakına etiraz edən qətnamə qəbul edib.

AzFakt.info xəbər verir ki, Nümayəndələr Palatasının 339 üzvü sənədin lehinə, 71 üzvü əleyhinə səs verib.

Qətnamədə qeyd olunur ki, Rusiya G7-yə qonşularının ərazi bütövlüyünə hörmət və demokratik cəmiyyətin standartlarına riayət etməyincə qayıtmamalıdır.


Facebook-da paylaş